Qızlarımızın Avropa çempionatı B divizionundakı oyunları yekunlaşıb


9 avqust qızlardan ibarət U-18 millimiz Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Norveç seçməsi ilə qarşılaşıb.
Azturkxeber.az xəbər verir ki, millimiz çempionatdakı son oyununda rəqibini 77:48 hesabı ilə məğlub edib. Görüşün ən dəyərli basketbolçusu (MVP) 25 xal, 22 ribaundla millimizin üzvü Polina Şukina seçilib.
Qeyd edək ki, Avropa çempionatı B divizionundakı çıxışını yekunlaşdıran U-18 qız millimiz çempionatı 20 komanda arasında 17-ci sırada bitirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: