azturkxeber.az
http://azturkxeber.az

Bir Vətənin fərqli səsləri

09-08-2026

9 avqust – Beynəlxalq Yerli Xalqlar Günüdür.

Azərbaycanın zənginliyini şərtləndirən mühüm dəyərlərdən biri müxtəlif xalqların, mədəniyyətlərin və ənənələrin əsrlər boyu bu torpaqlarda birgə yaşaması, özünəməxsusluğunu qoruyaraq ortaq dəyərlər yaratmasıdır.

Müxtəlif bölgələrimizdə yaşayan xalqların dili, mədəniyyəti, adət-ənənələri və zəngin irsi Azərbaycanın ümumi milli-mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Bu müxtəliflik bizi ayıran deyil, əksinə, Azərbaycan adlı bütöv bir dəyərin ətrafında birləşdirən mənəvi sərvətdir.

Bunun ən təsirli nümunələrindən birini Vətən müharibəsi zamanı gördük. Azərbaycanın müxtəlif xalqlarının nümayəndələri həmin taleyüklü dövrdə Vətənin müdafiəsi üçün çiyin-çiyinə dayandılar, qəhrəmanlıq göstərdilər, şəhidlər verdilər. Bu həmrəylik Azərbaycan xalqının bütövlüyünün və ortaq dəyərlərimizin nə qədər möhkəm olduğunu bir daha nümayiş etdirdi.

Bu gün qorunan hər bir dil, yaşadılan hər bir adət-ənənə və gələcək nəsillərə ötürülən hər bir mədəni dəyər Azərbaycanın ümumi mənəvi xəzinəsinə verilən töhfədir.

Beynəlxalq Yerli Xalqlar Günü münasibətilə bütün yerli xalqlarımızın nümayəndələrini səmimi-qəlbdən təbrik edirəm.

Fərqli mədəniyyətlər, fərqli səslər, fərqli ənənələr… Amma bir Vətən, bir tarix və bizi birləşdirən ortaq dəyərlər.

Araz Əsgərli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31