azturkxeber.az
http://azturkxeber.az

Sabunçuda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb (FOTO)- (VİDEO)

08-08-2026

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Azturkxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikdə 22 kiloqram 540 qram marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər İrandan Füzuli rayonuna pilotsuz uçuş aparatı vasitəsilə göndərilən narkotik vasitələri əldə edərək paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı və onların qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Sabunçu RPİ əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Valid Qurbanov Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb. Ondan 7 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu RPİ əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 281 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

https://youtu.be/JgwkMj2FK3Y?si=eH5JFW1YwVrMjAz0






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31