azturkxeber.az
http://azturkxeber.az

bp: “Şəfəq-Asiman” blokunun əlavə qiymətləndirilməsi tələb olunur

06-08-2026

bp: “Şəfəq-Asiman” blokunun əlavə qiymətləndirilməsi tələb olunur

“Şəfəq-Asiman” dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur.

bp şirkətindən bildirilib ki, bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında “Şəfəq-Asiman” Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.

“Şəfəq-Asiman”da iştirak payları belədir: bp (operator – 35%), SOCAR (35%) və “TPAO” (30% - 2025-ci ilin iyun ayında HPBS-yə qoşulub).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31