azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Liviya rəsmiləri ilə görüşüb

05-08-2026

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Liviya rəsmiləri ilə görüşüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Ankarada Liviya Milli Birlik Hökumətinin müdafiə naziri vəzifəsini icra edən Əbdülsəlam Zubi və Baş nazir Əbdülhəmid Dibeybənin milli təhlükəsizlik üzrə müşaviri İbrahim Dibeybə ilə görüşüb.

Azturkxeber.az “TRT Haber”ə istinadla xəbər verir ki, görüş zamanı Liviya və regional inkişaf məsələləri, Liviya-Türkiyə əməkdaşlığının davam etdirilməsi istiqamətində atılacaq addımlar və Liviyada sabitliyin qorunması üçün görülən işlər müzakirə olunub. İbrahim Kalın Türkiyənin Liviyada sülh və sabitliyin qorunmasına verdiyi dəstəyi davam etdirəcəyini vurğulayıb.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri, həmçinin Liviyanın daxili işlər naziri İmad et-Trablusi ilə görüşüb. Tərəflər Liviyada təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün atıla biləcək əlavə addımları müzakirə ediblər. İbrahim Kalın Liviyanın təhlükəsizliyinə və inkişafına dəstəyin davam edəcəyini, Türkiyənin Liviya və Şimali Afrikada terrorizmə, insan alverinə və qanunsuz fəaliyyətlərə qarşı mübarizə aparmağa sadiq olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31