İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
İndoneziyanın şimal hissəsində, Molukka dənizinin akvatoriyasında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb. Zəlzələnin episentri eyniadlı adada yerləşən Ternate şəhərindən 135 kilometr şimal-qərbdə olub.
Episentrdəki təkanların intensivliyinə görə zəlzələ “çox güclü” kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,7 olaraq qiymətləndirib. Xidmətin məlumatına görə, zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: