azturkxeber.az
http://azturkxeber.az

İlon Mask “Starship” vasitəsilə ildə 10 milyon tona qədər yük daşınması planını açıqlayıb

05-08-2026

İlon Mask “Starship” vasitəsilə ildə 10 milyon tona qədər yük daşınması planını açıqlayıb

“SpaceX” şirkəti gələcəkdə “Starship” kosmik sisteminin köməyilə ildə 10 milyon tona qədər yükü orbitə çatdırmağı planlaşdırır.

Azturkxeber.az xəbər verir ki, bu barədə “SpaceX”in rəhbəri İlon Mask şirkətin rüblük hesabatının açıqlanmasının yekunlarına dair audiokonfransda bildirib.

“Hazırda “Falcon” vasitəsilə ildə təxminən 2,5 min ton yükü orbitə çatdırırıq. Yerdə qalanlar hamısı birlikdə isə təxminən 300 ton yük daşıyır. Beləliklə, Yer kürəsindən orbitə çıxarılan bütün yüklərin 80-90 faizi bizim payımıza düşür. Hesab edirik ki, “Starship” bizə ildə bir milyon tondan çox yükü orbitə çatdırmağa, son nəticədə isə bu göstəricini ildə 10 milyon tona çatdırmağa imkan verəcək”, - deyə İlon Mask qeyd edib.

İyul ayında “SpaceX” şirkəti “Starship” kosmik gəmisinin prototipi ilə daşıyıcı raketi 13-cü sınaq uçuşuna göndərib. Şirkət ilk dəfə gəminin bölməsindən V3 versiyasına aid 20 “Starlink” peykini orbitə çıxarmağa nail olub. Bundan sonra “Starship” Hind okeanına uğurla enib.

Şirkətin planlarına əsasən, “Starship” kosmik sistemi universal olacaq və ondan müxtəlif versiyalarda Yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin orbitə çıxarılması, həmçinin Aya və Marsa, daha uzaq göy cisimlərinə missiyalar üçün istifadə edilə biləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31