azturkxeber.az
http://azturkxeber.az

Avropa İttifaqı ölkələrində miqrasiya problemi: statistik göstəricilər və idarəetmə mexanizmləri

05-08-2026

Avropa İttifaqı ölkələrində miqrasiya problemi: statistik göstəricilər və idarəetmə mexanizmləri

2026-cı ilədək Avropa İttifaqı ölkələrində yaşayan miqrantların ümumi sayı 64 milyon nəfərə (Avropa Statistika Bürosu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə) çatıb. Bu göstərici 2010-cu ildə 40 milyon nəfər olub. Avropa İttifaqı ölkələrinin əhali strukturunda miqrantların payı 14,2 faizə çatıb.

Azturkxeber.az xarici mediaya istinadla xəbər verir ki, 2021-2026-cı illərdə Avropa İttifaqına miqrantlar daha çox İtaliya, Yunanıstan və İspaniya vasitəsilə daxil olub. “Frontex” Agentliyinin məlumatına görə, bu ölkələr üzrə göstəricilər müvafiq olaraq 478 min, 259 min və 234 min nəfər təşkil edib.

İtaliyanın Lampedusa adası üçün 2022 və 2023-cü illər rekord göstəricilərlə yadda qalıb. Həmin dövrdə adadan 200 mindən çox insan keçib. Halbuki adanın daimi əhalisinin sayı 6 min nəfərdir.

Hər il on minlərlə miqrant Yunanıstan vasitəsilə Avropa İttifaqı ölkələrinə daxil olmağa cəhd göstərir.

2026-cı ilin iyul ayından bəri İspaniyanın Mərakeşlə sərhəd xəttində yerləşən Seuta şəhəri vasitəsilə miqrant axını Avropa İttifaqında narahatlıq yaradıb. Böhran fonunda bəzi ölkələr İspaniya ilə sərhədlərin sərbəst keçidini nəzərdə tutan Şengen sazişinin fəaliyyətinin dayandırılması üçün çağırış ediblər.

İyulun 31-də İtaliya İspaniya ilə sərhəddə müvəqqəti nəzarət tətbiq edib. Romanın bu addımına cavab olaraq İspaniyanın Baş naziri Pedro Sançes “Frontex”in statistikasını açıqlayıb. Həmin statistikaya əsasən, İspaniya vasitəsilə Avropa İttifaqına daxil olan miqrantların sayı İtaliya ilə müqayisədə iki dəfə azdır.

Avqustun 1-də Avropa İttifaqının 22 ölkəsinin liderləri Madridi Avropa İttifaqının xarici sərhədində nəzarəti gücləndirməyə çağırıb və qeyri-qanuni miqrasiya sxemlərinə qarşı mübarizə aparmaq üçün daha bir ümum-Avropa mexanizminin yaradılmasını dəstəkləyiblər.

İspaniya hakimiyyəti və Avropa Komissiyasının son məlumatına əsasən, qanunsuz yollarla sərhədi keçən şəxslərin böyük əksəriyyəti geri qaytarılıb, onların İspaniyanın əsas hissəsinə və ya Avropa İttifaqına üzv olan digər dövlətlərin ərazilərinə keçidi qeydə alınmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31