azturkxeber.az
http://azturkxeber.az

Argentinada tətil səbəbindən azı 45 gəmi limanlardan çıxa bilmir

05-08-2026

Argentinada tətil səbəbindən azı 45 gəmi limanlardan çıxa bilmir

Argentinanın Rosario şəhərində losmanların tətil etməsi səbəbindən taxıl daşıyan azı 45 gəmi limanı tərk edə bilmir. Bu barədə Argentina Yağ-Piy Sənayesi Palatası və Taxıl İxracatçıları Mərkəzinin (CIARA-CEC) prezidenti Qustavo İdiqoras məlumat verib.

Azturkxeber.az xəbər verir ki, qurumun rəhbərinin sözlərinə görə, limanı tərk edə bilməyən gəmilərin sayı 45-i örtüb, onların üzərinə 30-u da əlavə oluna bilər. “Hər bir gəminin gecikməsi taksi sayğacı kimidir, gündə 50 min dollardan 100 min dollaradək xərc yaranır”, - deyə Qustavo İdiqoras bildirib. O qeyd edib ki, ixracatçılar hökumətin derequlyasiya siyasətini dəstəkləsələr də, hakimiyyətin losmanlar həmkarlar ittifaqı ilə normativ bazaya edilən dəyişiklikləri müzakirə etməməsini səhv addım kimi qiymətləndirirlər. Məhz həmin dəyişikliklər tətilə səbəb olub.

İyulun 30-da hökumətin rəsmi qəzetində gəmiçilik sahəsi üzrə yeni qaydalar dərc olunub. Losmanlar və çay gəmiləri kapitanları həmkarlar ittifaqlarının fikrincə, yeni qaydalar iş yerlərinin itirilməsinə və gəmiçiliyin təhlükəsizliyinin azalmasına səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31