azturkxeber.az
http://azturkxeber.az

Almaniyanın əsas çaylarında suyun səviyyəsi rekord həddə enib

05-08-2026

Almaniyanın əsas çaylarında suyun səviyyəsi rekord həddə enib

Almaniyada davam edən isti hava və yağıntının azlığı ölkənin əsas çaylarında su səviyyəsinin rekord həddə enməsinə səbəb olub.

Azturkxeber.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Reyn çayının Maynts və Koblens şəhərləri arasındakı hissəsində suyun səviyyəsi 24 santimetr qeydə alınıb. Bu, 2018-ci ildə qeydə alınmış əvvəlki minimum göstəricidən 1 santimetr aşağıdır. Reynin Köln və Duysburq hissələrində də suyun səviyyəsi indiyədək qeydə alınmış ən aşağı həddən aşağı düşüb, Düsseldorfdakı göstərici isə 2018-ci ilin minimum səviyyəsinə çatıb.

Oxşar vəziyyət Elba və Dunay çaylarında da müşahidə olunur. Elba çayının Maqdeburq şəhərindən keçən hissəsində suyun səviyyəsi 45 santimetrə enərək əvvəlki minimum göstəriciyə bərabərləşib. Suyun səviyyəsinin həftənin sonunadək 40 santimetrə qədər azalacağı proqnozlaşdırılır. Bavariyanın Straubinq-Boqen rayonundakı Pfellinq məntəqəsində isə Dunayın səviyyəsi 216 santimetr ölçülüb ki, bu da əvvəlki rekord minimumdan 5 santimetr aşağıdır.

Federal Su Elmləri İnstitutu bildirib ki, bu il bir çox çay hövzələrində aşağı su səviyyəsi hədləri qeyri-adi dərəcədə erkən qeydə alınıb. Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə yağıntının gözlənilməməsi səbəbindən Almaniyanın əsas çaylarında suyun səviyyəsinin daha da enəcəyi istisna edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31