Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Bakının bəzi ərazilərində planlı təmir-təftiş işləri aparılacaq.
Azturkxeber.az "Azərişıq" ASC-yə istinadla xəbər verir ki, bununla əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən MİDA yaşayış kompleksinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Nərimanov rayonunda isə İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində yerləşən çoxmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi mərhələli şəkildə dayandırılacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatı bərpa olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: