azturkxeber.az
http://azturkxeber.az

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq

21-07-2026

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq

Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 21-də Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Azturkxeber.az “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Təbriz Xəlilbəyli, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Abbas Mirzə Şərifzadə, Məmməd Şərif Həmidov, İsrafil Məmmədov, İslam Səfərli, Əlövsət Quliyev, Əli Aslanov və Bəşir Səfəroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Yavər Səfərov küçəsinin bir hissəsində (“Kral” ət və ət məhsulları zavodunun yaxınlığı) aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Səbail rayonunun Bayıl qəsəbəsində saat 10:00-dan 12:00-dək Gülbala Əliyev və Bünyad Sərdarov küçələrində, Suraxanı rayonunun Zığ qəsəbəsində isə Rövşən Göyüşov küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

“Azərişıq” ASC bildirir ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031