Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

İyulun 6-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.
Həmçinin iyulun 6-da Abşeron RETSİ-nə daxil olan 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında görüləcək təmir işləri ilə əlaqədar saat 11:00-dan 15:00-dək Aşağı Güzdək qəsəbəsi, Atyalı yaşayış massivi gərginliksiz qalacaq.
Eləcə də, Bağlar Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq “Fatmayi” yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində icra olunacaq təmir işləri zamanı saat 11:00-dan 14:00-dək Digah kəndi və Sovxoz yaşayış massivinin bir hissəsində enerjinin verilişində fasilə olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: