azturkxeber.az
http://azturkxeber.az

Əmək və əhalinin sosial müdafiəsi naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

14-07-2026

Əmək və əhalinin sosial müdafiəsi naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyulun 24-də Zəngilan rayonunda Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar iyulun 14-dən 16-dək nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031