Əmək və əhalinin sosial müdafiə naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 27-də Qobustanda Qobustan və Şamaxı rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək. Həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar fevralın 18 – 20-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar müraciətlərini çatdırmaq üçün əvvəlcədən tərtib edilmiş siyahı əsasında qəbul ediləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: