azturkxeber.az
http://azturkxeber.az

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağstafada vətəndaşların müraciətlərini dinləyəcək

16-04-2025

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağstafada vətəndaşların müraciətlərini dinləyəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aprelin 25-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin gün vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar aprelin 16-18-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar müraciət üçün yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930