azturkxeber.az
http://azturkxeber.az

Əmək və əhalinin sosial müdafiəsi naziri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

17-11-2025

Əmək və əhalinin sosial müdafiəsi naziri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev noyabrın 28-də İmişli rayonunda İmişli və Beyləqan rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar noyabrın 17-19-da nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930