Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin birinci turunun oyunları keçirilmişdir
10-11 iyul 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin birinci turunun oyunları keçirilmişdir.
İyulun 10-da keçirilən turun ilk oyununda “Şamaxı” çövkən komandası “Zəfər” komandası üzərində inamlı oyun nümayiş etdirərək 1:0 hesablı qələbə qazanmışdır. Növbəti oyunda isə “Embawood” və “Omar” komandaları




nın qarşılaşması 3:0 hesabı ilə başa çatmışdır.
Azturkxeber.az-ın məlumatına görə, iyulun 11-də “Buta Golden” və “Elite” komandaları arasında keçirilən görüş 0:0 hesablı bərabərliklə yekunlaşmışdır. Günün ikinci yarısında isə “Sərhədçi” komandası “Atilla” komandası üzərində 7:0 hesablı üstünlük əldə etmişdir.
Turun son oyununda “Xəzər” və “Polad” komandaları qarşılaşmış, görüş 0:6 hesabı ilə bitmişdir.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin ikinci turunun oyunları 24-25 iyul 2026-cı il tarixlərində keçiriləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: