U-20 millimizdən Gürcüstan təlim-məşq toplanışında iki inamlı qələbə



14 iyundan etibarən basketbol üzrə oglanlardan ibarət U-20 millimiz, Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Anar Sarıyevin rəhbərlik etdiyi millimiz, təlim-məşq toplanışında Gürcüstanın U-18 və U-20 yığma komandaları ilə iki yoldaşlıq oyunu keçirib.
Azturkxeber.az xəbər verir ki, Gürcüstan U-20 - AZE U-20 (69:75)
Gürcüstan U-18 - AZE U-20 (64:86)
Millimizin 17 iyunda yekunlaşmış hazırlıq prosesində əsas məqsəd, 10-19 iyul Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: