U-18 millimizin Gürcüstan toplanışı yekunlaşıb
11 iyun oğlanlardan ibarət U-18 millimizin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş təlim-məşq toplanışının ilk mərhələsi yekunlaşıb. Anar Sarıyevin rəhbərlik etdiyi millimiz təlim-məşq toplanışı çərçivəsində yerli komandalarla bir neçə yoldaşlıq oyununda öz gücünü sınaqdan keçirib.
Azərbaycan U-18 - Bədən Tərbiyəsi Universiteti (67-73), Azərbaycan U-18 - SEU BK (70-58), Azərbaycan U-18 - Gürcüstan U-20 (51-89). Qeyd edək ki, hazırlıq prosesində əsas məqsəd 25 iyul - 3 avqust Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.