azturkxeber.az
http://azturkxeber.az

“Sərhəd təhlükəsizliyi və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

17-06-2026

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə “Sərhəd təhlükəsizliyi və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Azturkxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə şöbəsinin müdiri, dövlət qulluğunun müşaviri Müqalib Mahmudov insan hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin tələbləri, beynəlxalq hüquq normaları, sərhəd nəzarəti zamanı vətəndaşların hüquqlarının təmin olunması, habelə hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.

Daha sonra insan hüquqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılmışdır.

Çıxışlarda belə görüşlərin şəxsi heyətin hüquqi biliklərinin inkişafında mühüm rol oynadığı, dövlət tərəfindən insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi vurğulanmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşün keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması olmuşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930