“İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən silsilə maarifləndirici tədbirlər keçirilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi tərəfindən Xızı, Şabran, Qusar, Quba və Xaçmaz rayonlarında silsilə maarifləndirici tədbirlər keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirlərdə Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş normalar barədə geniş məlumat verib, iştirakçıları Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumatlandırıb.
Eyni zamanda, Ombudsmana müraciət üsulları, “916” Çağrı Mərkəzi barədə məlumat verilib, mövzular üzrə geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: