azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

17-06-2026

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

Futbol üzrə dünya çempionatında J qrupunun növbəti oyunu keçirilib.

Azturkxeber.az xəbər verir ki, Avstriya millisi İordaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avstriya komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 21-ci dəqiqədə Romano Şmid açıb. İordaniya yığması fasilədən sonra Ali İyad Olvanın qolu ilə tarazlığı bərpa etsə də, 76-cı dəqiqədə Yazan Əl-Ərəb avtoqola imza ataraq komandasını çətin vəziyyətə salıb. Matçın sonlarında isə Marko Arnautoviç penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930