Suraxanı rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb
![]()
Suraxanı rayonunda “Toyota” markalı avtomobildən 1000 manat, evlərin birindən isə 1500 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə müraciətlər daxil olub.
Azturkxeber.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 37 yaşlı T.Ağalarov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun başqa bir şəxsə məxsus 2000 manat dəyərində motosikleti də oğurlayaraq satdığı məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: