azturkxeber.az
http://azturkxeber.az

Oğurluq edən şəxslər saxlanılıblar

15-07-2025

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Rayonun Q.Qarayev prospektində yerləşən evdən 30000 dollar və 12000 manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 25000 manat və 20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.

Abşeron rayonunda isə mağazaların birindən 1400 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 44 yaşlı R.Xəlilov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031