azturkxeber.az
http://azturkxeber.az

Bakıda soyğunçuluq edən və motosiklet oğurlayan şəxslər saxlanılıblar

16-06-2026


Paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birində soyğunçuluq edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Ş.Teymurov müəyyən edilərək saxlanılıb.

Azturkxeber.az xəbər verir ki, Nəsimi rayonunda isə dəyəri 2000 manat olan motosiklet oğurlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən M.Sadıxov və S.Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930