azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

11-06-2026

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

Azturkxeber.az xəbər verir ki, başsağlığında deyilir: "Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin yaranmış texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930