azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

09-12-2024

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Azrurkxeber.az-ın məlumatına görə, başsağlığında deyilir: "Cari ilin 9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031