azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə və Qətər tərəfinə başsağlığı verib

22-03-2026

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib.

Başsağlığında deyilir: "Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031