azturkxeber.az
http://azturkxeber.az

V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində dəyirmi masa müzakirələri keçirilib

08-05-2026

V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində dəyirmi masa müzakirələri təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, "Ağıllı texnologiyalar, süni intellekt və rəqəmsallaşma vasitəsilə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi” adlı 1-ci dəyirmi masada kənd təsərrüfatı üzrə rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, təsərrüfat səviyyəsində qərar qəbuletməni dəstəkləyən süni intellekt əsaslı alətlər, iqlim dayanıqlılığı üçün məlumatlara əsaslanan sistemlər, milli aqro-ərzaq gündəliyinin icrası məqsədilə institusional koordinasiya mövzuları ətrafında müzakirə aparılıb.

2-ci dəyirmi masa “Aqro-ərzaq sektorunda investisiya və ixrac rəqabətqabiliyyətliliyi” mövzusuna həsr olunub. Müzakirədə iştirak edən mütəxəssislər aqro-ərzaq dəyər zəncirləri üzrə investisiya prioritetləri, ixrac rəqabətqabiliyyətliliyi və şaxələndirmə strategiyaları, həmçinin maliyyələşdirmə alətləri və risklərin azaldılması mexanizmləri barədə fikirlərini bölüşüblər.

Tədbirdə aqrar sahənin müxtəlif istiqamətləri üzrə təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031