azturkxeber.az
http://azturkxeber.az

“Heydər Əliyev: liderlik və dövlətçilik dərsi” mövzusunda konfrans keçirilib

08-05-2026

 
 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev: liderlik və dövlətçilik dərsi” adlı konfrans keçirilib.
 
 
Azturkxeber.az xəbər verir ki, rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, İnnovasiya Könüllüləri İctimai Birliyi və “KOB könüllüləri”nin birgə təşkil etdiyi tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər və gənclər iştirak ediblər.
 
Çıxışlarda Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin müasir Azərbaycan üçün strateji əhəmiyyətindən bəhs olunub, onun müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, müasir Azərbaycan gəncliyi milli dəyərlərə sadiq, yüksək intellektual potensiala malik və qlobal çağırışlara adekvat cavab verməyi bacaran sosial qüvvə kimi formalaşır.
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı “KOB evi”nin direktor müavini Yüksəl Mütəllimov deyib ki, Heydər Əliyevin siyasi irsi Azərbaycanın davamlı inkişafının, milli birliyinin və güclü dövlətçilik ənənələrinin əsasını təşkil edir. Bu irsin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “İnnovasiya Könüllüləri” İctimai Birliyinin sədri Gülər Məmmədova əsasını Ulu Öndərin qoyduğu, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin ölkədə insan kapitalının inkişafına, innovativ düşüncənin təşviqi və gənclərin dövlət idarəçiliyində iştirakçılığına töhfə verdiyini xüsusi vurğulayıb.
 
Konfransın panel hissəsində Prezident yanında Ali Attestasiya Komissiyasının “Tarix və Antropologiya” üzrə Ekspert Şurasının elmi katibi Dəyanət Musayev “Heydər Əliyev: liderlik və dövlətçilik dərsi” mövzusunda təqdimatla çıxış edib. Ümummilli Liderin siyasi irsi, milli dövlətçilik konsepsiyası, gənclər siyasəti və strateji idarəçilik modeli ətrafında fikir mübadiləsi aparılıb.
 
İnteraktiv formatda davam edən tədbirdə gənclərin sualları cavablandırılıb. Müasir liderlik, milli identiklik, informasiya təhlükəsizliyi, vətənpərvərlik və dövlətçilik prinsipləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan gəncliyi yalnız ölkənin gələcəyinin deyil, həm də milli maraqların beynəlxalq müstəvidə müdafiəsinin əsas aparıcı qüvvələrindəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031