azturkxeber.az
http://azturkxeber.az

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib

08-05-2026

 
 
Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfinfən keçirilən yarışda 70 idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
Azturkxeber.az xəbər verir ki, mayın 8-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.
 
Nəticələrə əsasən Cahangir Əhmədov (45 kq), Əlcəfər Musayev (48 kq), Ələkbər Əsgərov (51 kq), Məcnun Abbasov (55 kq), Məhəmməd Hümbətov (60 kq), Toğrul Əlili (65 kq), Hüseyn Rəcəbli (71 kq), Rüzgar Hacıyev (80 kq), Hüseyn Əliyev (92 kq) və Cəbrayıl Əhmədov (110 kq) müvafiq çəki dərəcələrində birinci olublar.
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031