azturkxeber.az
http://azturkxeber.az

AZPROMO “InterFood Azerbaijan” sərgisində iştirak edib

08-05-2026

 
“InterFood Azerbaijan” sərgisində ziyarətçilərə yerli məhsullar və Azərbaycanın ticarət və investisiya imkanları haqqında məlumatlar təqdim olunub.
 
Azturkxeber.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) və 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) sərgiləri keçirilib. Hər iki sərginin rəsmi tərəfdaşı qismində çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO “InterFood Azerbaijan” sərgisində stendlə təmsil olunub.
 
Agentliyin stendində təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, alkoqolsuz içkilər, şərab və süd məhsulları istehsal edən 10 yerli şirkət təmsil olunub. Burada Azərbaycanın ixrac məhsullarını əks etdirən videoçarxlar nümayiş etdirilib, ziyarətçilərə ölkənin investisiya mühiti, biznes imkanları və ixrac potensialı barədə çap materialları təqdim edilib.
 
Qeyd edək ki, “InterFood Azerbaijan” sərgisi hər il dünyanın 20-dən çox ölkəsindən minlərlə iştirakçını bir araya gətirir və Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı görüş platformalarından hesab olunur. Sərginin keçirilməsində əsas məqsəd keyfiyyətli məhsulların tanıdılması və iştirakçılarla ziyarətçilər arasında birbaşa əlaqələrin qurulmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031