azturkxeber.az
http://azturkxeber.az

13 nömrəli tam orta məktəbdə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair maarifləndirmə təlimi keçirilib

08-05-2026

 
 
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə “Əməyin mühafizəsinə dair ümumi tələblər, istehsalatda baş verən bədbəxt hadisələr, yanğın təhlükəsizliyi və ilk yardım qaydaları” mövzusunda növbəti maarifləndirmə təlimi təşkil olunub.
 
Azturkxeber.az xəbər verir ki, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 40-dan çox şagird və müəllim iştirak edib.
 
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi üzrə ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
 
Təlimin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031