azturkxeber.az
http://azturkxeber.az

Sahibə Qafarova: “Azərbaycan parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edir”

07-05-2026

Azərbaycan parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının üzv və tərəfdaş olan parlamentlərin sədrlərinin 1-ci Sammitində çıxışı zamanı deyib.

Spiker Sahibə Qafarova xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də ölkəmizin qlobal səviyyədə parlament əməkdaşlığının gücləndirilməsinə sadiqliyini əks etdirir. Bu baxımdan, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, bu mühüm addım parlament diplomatiyasının beynəlxalq əməkdaşlığın vacib sütunu kimi gücləndirilməsinə dair ortaq öhdəliyimizi əks etdirir və bu çərçivə daha institusional qarşılıqlı fəaliyyəti və parlamentlərarası əlaqələrin daha da yaxınlaşmasını təşviq edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031