Naib Əlizadə Culfa rayonunda vətəndaşları qəbul edəcək (SXA)

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Naib Əlizadə mayın 13-də Culfa rayonunda vətəndaşları qəbul edəcək.
Azturkxeber.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Sosial Xidmətlər Agentliyinin fəaliyyət sahələrinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 7-11 may tarixlərində Agentliyə rəsmi şəkildə (sxa_nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: