azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

07-05-2026

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin Parlament Sədrlərinin 1-ci Sammiti çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu və 1-ci Sammitin dost ölkə Monteneqroda uğurla təşkil edildiyini bildirib.

Tərəflər Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun və parlamentlərarası təmasların mühüm rolunu qeyd edərək, əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh prosesi barədə də qarşı tərəfi məlumatlandırıb. Öz növbəsində, Monteneqro tərəfi regionda sülhün bərqərar olunmasını hər iki ölkə üçün siyasi qələbə kimi qiymətləndirdiklərini və bu prosesi dəstəklədiklərini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031