azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

07-05-2026

Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bununla bağlı Aralıq Dənizi Parlament Assambleyasının üzv və tərəfdaş olan parlamentlərin sədrlərinin mayın 7-də keçirilən 1-ci Sammiti çərçivəsində mərasim təşkil olunub.

Sammitdə çıxış edən spiker Sahibə Qafarova Milli Məclisə təşkilatda müşahidəçi statusunun verilməsi ilə bağlı qərara görə təşəkkür edib və onu yüksək qiymətləndirib. O, deyib ki, Assambleyada iştirak üzv parlamentlərlə əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün yeni geniş imkanlar yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031