azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri regional məsələləri nəzərdən keçiriblər

08-04-2026

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev ilə xarici işlər naziri Ceyhun Bayramov arasında geniştərkibli görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan və Qazaxıstan iqtisadiyyat, ticarət, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya və rəqəmsal sektorlar üzrə artan əməkdaşlığı qeyd edilib, güclü strateji əlaqələr bir daha təsdiqlənib.

Nazirlər, həmçinin Avropa-Asiya ticarətinin stimullaşdırılmasında Orta Dəhlizin rolunu, tranzit infrastrukturuna və regional bağlılığa töhfə verən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.

Hər iki tərəf Yaxın Şərqdəki gərginliklə bağlı narahatlığını ifadə edib, tərəflər arasında əldə olunmuş atəşkəsin regiona sabitlik və sülh gətirəcəyinə ümidvar olduqlarını bildiriblər.

Nazirlər digər regional və qlobal təhlükəsizlik çağırışlarını da müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə də məlumat verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930