azturkxeber.az
http://azturkxeber.az

Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır

07-04-2026

Səhiyyə sahəsində uğurları ilə tanınan uzman, lor estetik cərrah Fuad Abdullayev öz peşəkarlığı ilə tanınıb. Uğurlu əməliyyatları, səliqəli əl işləri ilə pasiyentlərini sevindirən Fuad həkim bugün lor estetik cərrahiyyə sahəsində savadlı, öz peşəsinin üzərində çalışan, xaraktercə mülayim, geniş tibbi biliyə və təcrübəyə aid həkimdir. Bu sözləri onun pasiyentləri də deyir. Yanına gələn hər bir xəstə, öz üz quruluşuna görə buruna sahib olurlar, təbii ki, Fuad həkimin tövsiyyəsindən sonra. Doğru deyiblər dünyanı gözəllik xilas edəcək. Siz də gəlin gözəlliyinizə qovuşun-MedAura klinikasında Sizin peşəkar plastik cərrahınız Fuad Abdullayev əməliyyatdan sonra gözəlliyinizə qovuşdurur!

Son dövrlər informasiya məkanında təhlükəli bir tendensiya güclənməkdədir: bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri araşdırma aparmadan, faktları dəqiqləşdirmədən, sifarişli və qərəzli yazıları tirajlayırlar. Bu isə təkcə jurnalistikanın peşə prinsiplərinə zidd deyil, eyni zamanda cəmiyyətdə etimad mühitini zədələyən ciddi problemdir.Belə əsassız yanaşmanın hədəfinə çevrilən şəxslərdən biri də tanınmış LOR cərrahı Fuad Abdullayev olub. Sosial mediada onun haqqında yayılan iddialar diqqətimizi çəkdiyi üçün mövzunu dərindən araşdırdıq, pasiyentlərlə söhbətlər apardıq və həkimin fəaliyyətini obyektiv şəkildə qiymətləndirməyə çalışdıq. Nəticə isə yayılan iddialardan tamamilə fərqli mənzərə ortaya qoydu.
Araşdırmalar göstərdi ki, Fuad Abdullayev pasiyentlərinə yalnız tibbi xidmət göstərən bir mütəxəssis deyil, eyni zamanda onlara mənəvi dayaq olan bir həkimdir. Onun əsas prinsipini pasiyentlərin öz sözləri daha dəqiq ifadə edir: “Xəstəyə xoş münasibət uğurlu müalicənin başlanğıcıdır.” Bu yanaşma təsadüfi deyil – bu, həkimin peşəsinə və insanlara baxışının təməl fəlsəfəsidir.Müasir dövrdə həkim olmaq sadəcə diaqnoz qoymaq və müalicə təyin etmək deyil. Bu peşə yüksək mənəvi keyfiyyətlər, empatiya, səbir və məsuliyyət tələb edir. Məhz bu xüsusiyyətləri ilə seçilən Fuad Abdullayev pasiyentlərində güvən formalaşdırmağı bacaran nadir mütəxəssislərdəndir. Onun davranışı, ünsiyyət mədəniyyəti, dünyagörüşü və peşəsinə olan bağlılığı onu həmkarlarından fərqləndirən əsas cəhətlərdəndir.Həkimin uğurunun arxasında yalnız insani keyfiyyətlər deyil, həm də davamlı inkişaf dayanır. Fuad Abdullayev mütəmadi olaraq tibbi yenilikləri izləyir, beynəlxalq təcrübəni öyrənir və bu bilikləri gündəlik praktikada tətbiq edir. Bu isə onun müalicə nəticələrinin yüksək olmasını təmin edən əsas amillərdəndir.Xüsusilə vurğulanmalı məqamlardan biri də onun hərbi həkim kimi fəaliyyəti ilə bağlıdır. Fuad Abdullayev döyüş şəraitində yaralanmış əsgərlərə yardım göstərərək bir çox insanın həyatını xilas edib. Od-alovun içindən çıxarılan, həyata qaytarılan hər bir insan taleyi onun peşəsinə sədaqətinin və insan həyatına verdiyi dəyərin bariz nümunəsidir.
Bütün bunlar bir daha sübut edir ki, sosial mediada yayılan hər məlumat həqiqəti əks etdirmir. Jurnalistikanın əsas missiyası isə məhz bu cür hallarda obyektivliyi qorumaq, araşdırmaq və cəmiyyətə doğru informasiyanı təqdim etməkdir. Peşəsinə vicdanla yanaşan, insanlara xidmət edən belə həkimlərin nüfuzu əsassız iddialarla kölgələnməməlidir.
Çünki cəmiyyətin sağlamlığı məhz belə həkimlərin əlindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930