Şəki-Zaqatala bölgəsi üzrə 815 şagird olimpiada və müsabiqələrin yarımfinalına vəsiqə qazanıb
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 815 şagird yarımfinal turuna vəsiqə qazanıb.
Bu barədə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Qurumun əməkdaşı bildirib ki, şimal-qərb bölgəsi üzrə olimpiada və müsabiqələrin rayon turunda ümumilikdə 3185 şagird biliyini sınayıb.
Qeyd edək ki, riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun mayın 2-də keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: