Məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinalına Şəki-Zaqatala bölgəsi üzrə 1119 şagird vəsiqə qazanıb
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin və rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 1119 şagird olimpiada və müsabiqənin yarımfinal turuna vəsiqə qazanıb.
Bu barədəRegional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, riyaziyyat-məntiq olimpiadasının və fənn müsabiqələrinin rayon-şəhər mərhələsində idarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 6078 şagird biliyini sınayıb. Yekun nəticələrə əsasən, Şəki-Zaqatala bölgəsi üzrə 318 şagird məntiq olimpiadasının, 801 şagird isə fənn müsabiqələrinin yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun aprelin 27-də keçirilməsi nəzərdə tutulur.