azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı müzakirə olunub

31-03-2026

Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Azturkxeber.az-verilən məlumata görə, Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsinin daxil edildiyini bildirib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri Reyhanə Əsgərova, Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” barədə məlumat verib, səsləndirilən fikirlərə münasibət bildirib, deputatların suallarına aydınlıq gətiriblər.

Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” Ali Məclisin müzakirəsinə tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031