ADY 19–30 mart tarixlərində 212 mindən çox sərnişin daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19–30 mart tarixlərində 212 mindən çox sərnişinə xidmət göstərib.
Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, rayonlararası sərnişindaşımada ən çox tələbat Bakı–Qazax–Bakı marşrutu üzrə qeydə alınıb. Bu istiqamətdə, o cümlədən Bakı–Ağstafa–Bakı əlavə reysləri ilə birlikdə, ümumilikdə 21 963 sərnişin daşınıb.
Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutlarından 8 984 sərnişin istifadə edib.
Bakı–Ağdam–Bakı istiqaməti üzrə isə 1 561 nəfər səfər edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: