azturkxeber.az
http://azturkxeber.az

1 aprel 2026-dan elektron siqaretlərə qadağa: qaydaları pozanlar cərimələnəcək

31-03-2026

“Tütün və tütün məmulatları haqqında Qanun”a edilən dəyişikliklərə əsasən, 1 aprel 2026-cı il tarixindən etibarən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan olunur.

Azturkxeber.az xəbər verir ki, bu barədə ADY mətbuat xidmətindən verilən məlumata görə, inzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qeyd olunan tarixdən etibarən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə ediləcək.

Elektrik qatarları ətraf mühitin qorunmasına töhfə verir. Elektron siqaret isə sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edərək həm təbiətə, həm də öz sağlamlığınıza qayğı göstərin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031