azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin müharibəyə qoşulacağı ilə bağlı iddialar dezinformasiyadır - Rəsmi AÇIQLAMA

30-03-2026

Sosial mediada Türkiyənin İranın tərəfində müharibəyə qoşulacağı və ya Livana daxil olacağı ilə bağlı yayılan məlumatların dezinformasiya olduğu bildirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir.

Qeyd olunub ki, Ankara münaqişənin əvvəlindən etibarən müharibənin tərəfi olmadığını açıq şəkildə bəyan edib.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hücumların tezliklə dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və davamlı sülhün təmin olunması üçün intensiv diplomatik səylər göstərir.

Açıqlamada vurğulanıb ki, Türkiyənin bu mövqeyi, başda münaqişə tərəfləri olmaqla, beynəlxalq aktorlar tərəfindən də müsbət qiymətləndirilir.

Qeyd olunub ki, bu cür dezinformasiya xarakterli paylaşımlar psixoloji müharibənin bir hissəsi olmaqla, Türkiyənin imicinə zərər vurmaq və böhran zamanı oynadığı konstruktiv rolu kölgə altına almağa yönəlib.

İctimaiyyətə yalnız rəsmi mənbələrin açıqlamalarına etibar etmələri tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031