azturkxeber.az
http://azturkxeber.az

Ağcabədidə ölkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb

30-03-2026

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirib.

Əməliyyat zamanı İran vətəndaşı Mohammad Mosazadeh və Rəşad Əlifov Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində saxlanılıblar. Onlardan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Azturkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı M.Mosazadehin narkotikləri idarə etdiyi yük maşınıın gizli saxlanc yerində qanunsuz olaraq ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031