azturkxeber.az
http://azturkxeber.az

Yaponiya hərbçisi Çinin Tokiodakı səfirliyinə qanunsuz şəkildə daxil olub

29-03-2026

Martın 24-də Çinin Tokiodakı səfirliyinin ərazisinə qanunsuz daxil olan Yaponiyanın Özünümüdafiə Qüvvələrinin leytenantı bir müddət diplomatik missiyanın ərazisində ağacların arasında gizlənib, bundan sonra isə özü oranın əməkdaşlarını səsləyib.

Azturkxeber.az-ın NHK-ya istinadən verdiyi məlumata görə, bu barədə polis idarəsindən bildirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 23 yaşlı hərbi qulluqçu saxlanılarkən üzərində soyuq silah olmayıb. Bıçaq daha sonra səfirlik ərazisindəki kolluqlarda tapılıb. Saxlanıldıqdan sonra leytenant polisə təhvil verilib və orada onun dindirilməsi davam etdirilir.

İstintaq orqanları həmçinin saxlanılan şəxsin xidmət etdiyi Kyuşu adasındakı Miyazaki prefekturasında yerləşən ordu bazasında da axtarış aparıblar.

Yaponiya KİV-lərinin məlumatına əsasən, hərbçi Çinin Tokiodakı səfirindən Yaponiyanın ünvanına sərt bəyanatları dayandırmağı tələb etmək niyyətində olduğunu etiraf edib. Bundan əlavə, o, Çin diplomatik missiyasının rəhbərinin gözü qarşısında intihar etməyə hazırlaşırdı.

İnsidentlə əlaqədar Çin XİN Tokioya qəti etirazını bildirib və öz vətəndaşlarına Yaponiyaya səfər etməkdən çəkinməyi tövsiyə edib.

Xatırladaq ki, 2025-ci ilin sonlarında Yaponiyanın Baş naziri Sanae Takaiçinin parlament debatları zamanı Tayvan ətrafında yaranan mümkün hərbi böhranın Tokioya güc tətbiq etmək hüququ verə biləcəyi ilə bağlı bəyanatından sonra Yaponiya və Çin arasında münasibətlər kəskin şəkildə gərginləşmişdi. Pekin bu sözləri açıq təhdid və Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndirərək Yaponiya hökumətinin rəhbərindən bu bəyanatı təkzib etməyi tələb edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031