azturkxeber.az
http://azturkxeber.az

Yağışlı hava şəraitində polis xidmətini davam etdirir

28-03-2026

Ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.

Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəhər və rayonlarda, eləcə də avtomobil yollarında əsas məqsəd vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək, onların mənzil başına rahat və təhlükəsiz şəkildə çatmasına kömək göstərməkdir.

Yağışın yaratdığı hallarla bağlı daxil olan bütün müraciətlərə operativ reaksiya verilir, ehtiyacı olan vətəndaşlara yerində köməklik göstərilir. Sürücülərdən və piyadalardan xahiş olunur ki, mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi əməl etsinlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031