azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan milli qastronomiya komandası beynəlxalq çempionatda bürünc medal qazandı

28-03-2026

Azərbaycan milli qastronomiya komandası İspaniyanın Barselona şəhərində keçirilən I Beynəlxalq Aşpazlar Çempionatı - “Alimentaria 2026” yarışında uğurla çıxış edərək bürünc medala layiq görülüb.

Azturkxeber.az xəbər verir ki, yarışda ölkəmiz Dövlət Turizm Agentliyinin dəstəklədiyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən formalaşdırılmış milli komanda ilə təmsil olunub. Müsabiqə formatına uyğun olaraq iştirakçılar iki - başlanğıc və əsas yemək hazırlayıblar. Komandaların çıxışı beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.

Çempionatda Azərbaycanla yanaşı İspaniya, İtaliya, Portuqaliya, Mərakeş və Rumıniya komandaları iştirak edib. Münsiflər heyətinə müxtəlif ölkələri təmsil edən beynəlxalq dərəcəli kulinariya ekspertləri daxil olub.

Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası (“WorldChefs”) tərəfindən dəstəklənən çempionat beynəlxalq “Alimentaria” qida sərgisi çərçivəsində baş tutub. Tədbir qlobal qastronomiya sənayesinin aparıcı nümayəndələrini bir araya gətirən nüfuzlu platforma hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031